"Avtobuslarda ciddi dərəcədə düzəlişlər edilməsi ilə bağlı göstərişlər verilib. Avtobusların görünüşü və texniki göstəricilərinin müasir standartlara cavab verməsi üçün addımlar atılıb".

BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli bu gün keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, görülən işlərin nəticəsi olaraq avtobusların iştirakı ilə qəzaların sayı 80% azalıb.

BNA direktoru bildirib ki, 2017-ci ildə avtobus xəttləri müsabiqə yolu ilə daşıyıcılara veriləcək: "Bu xəttlər araşdırmalardan sonra daşıyıcılara veriləcək. Bu zaman tender elan olunacaq və bununla da daşıyıcılar arasında xəttlər bölüşdürüləcək. Daşıyıcılara xətt verilərkən avtobusların sayı, xidmətin keyfiyyəti və digər vacib göstəricilər nəzərə alınacaq".
 
Şahin Həbibov