SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasına başlanıldı. İlk belə mərkəz metronun "Koroğlu" stansiyası yaxınlığında yaradılıb". 

BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli bu gün keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşurut avtobuslarının şəhər mərkəzinə girişi məhdudlaşdırılıb.  

BNA direktoru qeyd edib ki, sərnişinlərin bu arada şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir: "Artıq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə "Avtovağzal", "Dərnəgül", "28 May" metro stansiyaları və "Lökbatan dairəsi" ətrafında da Nəqliyyat Mübadilə Mərkəzlərinin yaradılması nəzərdə tutulub".
 
Şahin Həbibov