SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Bakı Metropoliteni"ndə avqustun 8-dən yeni kartlar istifadəyə verəcək. 


BAKU.WS-in məlumatına görə, 20 qəpik dəyərində olan  müvəqqəti kartlar kağız formasındadır. Bu kartlar metrodan az istifadə edənlər və Bakıya qonaq gələnlər üçün nəzərdə tutulub. "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə olunduğu gündən 45 gün ərzində yalnız 4 dəfə istifadə etmək mümkündür. 

"BakuBus"MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək kartlar da avqustun 8-dən istifadəyə veriləcək. Sentyabrın 30-a qədər köhnə metro kartları da istifadə olunacaq.
 
Avqust ayının 15-ə kimi köhnə meto kartlarını geri qaytarmaq olar. Avqustun 15-dən sonra köhnə kartların sərnişinlərə satışı dayanacaq. Yeni kart alanda köhnə kartdakı pul həmin karta köçürüləcək. 
 
"BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar. "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartları heç bir halda geri qaytarılmır.
 
Ziya Səccad 
BAKU.WS