VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəzərdə itkin düşmüş neftçilərimizlə bağlı yeni məlumat yayılıb.
 
"Azneft” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə baş verən ərazinin yaxınlığında suyun dibində yaşayış evciyi tapılıb. 

Yaşayış bloku itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində aşkar edilib.
 
Dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb.

Axtarış işləri davam etdirilir.
 
Azər Məmmədov