SİZİN REKLAM BURADA!
055 213 76 73



Toy edən ailənin evi yanıb, bəy və gəlin yanıq xəsarətləri alıb.

BAKU.WS xəbər verir ki, hadisə ötən axşam Binəqədi rayonu Sulutəpə qəsəbəsində, Etibar Ağayevə məxsus evdə baş verib. 

Zərərçəkmiş ev sahibinin Xəzər xəbər-ə bildirdiyinə görə, hadisə onlar restorandan çıxıb evə gələndən sonra olub. Partlayışın ardından evdə güclü yanğın olub. Onlar alov içində olan bəy və gəlini tez evdən çıxarmağa cəhd ediblər. Bəy Zaur Ağayev üz və bədən nahiyyəsindən, gəlin isə yüngül yanıq xəsarətləri ilə dərhal xəstəxanaya aparılıblar.
 
Hadisə yerinə həmin vaxt 4 yanğınsöndürən avtomobil gəlsə də, alov 4 otaqlı evi əşyaları ilə birlikdə yararsız hala salıb. Ev sahibinin sözlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir. Çünki hadisə vaxtı qaz bağlı olub. Bəy və gəlinin otağında isə bir ədəd elektriklə işləyən soba olub.
 
Hadisə yerindən Fövəqəladə Hallar Nazirliyinin ekspertiza qrupu nümunələr götürüb. Yanğının dəqiq səbəbi araşdırmanın nəticəsində bilinəcək.
 
Aysel.Ş
BAKU.WS