SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
 
Arabir güclənən mülayim cənub-qərb küləyi  gündüz  mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun gecə  3-6° isti, gündüz  11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
 
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.
 
BAKU.WS