VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ölkədə analoq yayımın dayandırılması və rəqəmsal yayıma keçidin təşkil edilməsində yardımçı tədbir kimi "Azərpoçt"un filiallarında 22, 28, 35 manatlıq dekoderlərin satışı təşkil edilir.

Təəssüf ki, bir çox vətəndaşlar poçt şöbələrində 22 və 28 manatlıq dekoderlərin qalmadığından şikayətlənirlər. Bildirirlər ki, satışa yalnız 35 manatlıq dekoderlər çıxarılıb.

BAKU.WS xəbər verir ki, "Azəripoçt" MMC-dən azvision.az-a faktı təsdiqləyiblər. 

Bildirilib ki, 22 manatlıq dekoderlər artıq qalmayıb: "Alıcılara konfiqurasiyasından asılı olaraq müxtəlif modellər təqdim edilir. 22 manata olan dekoderlər artıq satışda qalmayıb, 28 manatlıq dekoderlər isə çox məhdud sayda qalıb. Onlar da hər yerə bərabər şəkildə paylanılıb. Satışda daha çox 35 manatlıq dekoderlər var". 

"Azəripoçt" MMC-dan, həmçinin bildirilib ki, bu gündən analoq yayımının dayandırılması ilə əlaqədar Şamaxı, Quba, Qusar, Xaçmaz, Qobustan, Siyəzən, Şabran və Xızı rayonlarının poçt şöbələrinə dekoderlər paylanılıb.

"Hal-hazırda Şamaxı, Quba, Qusar və Xaçmaz rayonlarının poçt filiallarına 1000-ə dək dekoder, Qobustan, Siyəzən , Şabran və Xızı rayonlarına 500-dək dekoder verilib. Təlabata uyğun olaraq ehtiyac olarsa, əlavə dekoderlər paylanılacaq. Əhali tərəfindən müraciətlər olur, gəlib alırlar və heç bir narahatçılıq yoxdur. Rəqəmsal yayıma keçid nəzərdə tutulan qaydada həyata keçirilir".
 
BAKU.WS