VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda qadın ayaqqabısı satılan mağazadan oğurluq olub. Hələki şəxsiyyəti bilinməyən bir qadın iki yeniyetmə qızı ilə mağazadan bir cüt qadın çəkməsi oğurlayaraq oranı tərk edib. Müşahidə kamerasına düşən oğurluq anının videosunu zərərçəkmiş mağaza sahibi ''Xəzər Xəbər''in Votsap nömrəsinə göndərib.

Ayaqqabı mağazasına girən qadın oradan oğurluq edib. Ən acınacaqlısı isə onun bu əməli iki yeniyetmə qızının gözü qarşısınada etməsidir.

Hadisə bir neçə gün əvvəl Paytaxtın Nəsimi rayonunda, ''28-may'' metrostansiyası yaxınlığındakı keçiddə bir mağazada baş verib.

İki yeniyetmə qızı ilə ayaqqabı satılan mağazaya girən qadın, satıcının digər müştərilərə başının qarışdığını görüb ordan bir cüt çəkmə oğurlayıb.

Mağazada müşahidə kamerasının olmasından xəbərsiz olan qadın, əvvəlcə çəkmənin bir tayına baxır. Daha sonra digər tayını da götürərək qızlarına işarə edir ki, bayıra çıxsınlar. Zərərçəkmiş hadisədən səhəri gün xəbər tutur. Mağaza sahibinin sözlərinə görə, ona təxminən 55 manat ziyan dəyib.
 
BAKU.WS