SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Sumqayıt sərnişin qatarının hərəkətində problem yaranıb. 
 
BAKU.WS-in məlumatına görə, gecikməyə səbəb Balakən-Bakı qatarında meydana gələn problem səbəb olub.
 
Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, Balakən-Bakı qatarı stansiyaya daxil olarkən dəmiryolu xəttində gərginlik yaranıb. Nəticədə digər istiqamətdən hərəkət edən Bakı-Sumqayıt sərnişin qatarını stansiyaya qəbul etmək mümkün olmayıb və bu, gecikməyə səbəb olub. 
 
Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmisi Bakı-Sumqayıt sərnişin qatarının işıqların sönməsi nəticəsində dayandığı ilə bağlı yayılan məlumatları təkzib edib. 
 
Şahin Həbibov
BAKU.WS