Oktyabrın 1-dən etibarən Bakı şəhərində bir çox sərnişin avtobuslarının xətti yenidən dəyişdiriləcək.

BAKU.WS
-in məlumatına görə, gələn aydan etibarən paytaxtda işləyən bəzi marşrut xətləri də bağlanacaq. Əsasən də, mərkəz istiqamətində xidmət göstərən avtobuslar bağlanacaq. Onların əvəzinə "BakuBus”un yeni avtobusları işləməyə başlayacaq.

Nəzərdə tutulub ki, əsasən metro stansiyaları yaxınlığında, insanların sıx məskunlaşdığı ərazilərdə və mərkəzdə "BakuBus” şirkətinə aid yeni avtobuslar işləsin.

Qeyd edək ki, hazırda şəhərdə yeni avtobuslar 2 marşrut üzrə işləyir.

Ziya Səccad
BAKU.WS