SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Goranboy rayonunda kişi qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhd edib.

BAKU.WS bildirir ki, bu barədə Trend-ə Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 7-də gecə saat 3 radələrində baş verib. Goranboy rayonunun Veyisli kəndində məskunlaşan, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1969-cu il təvəllüdlü Fərzəliyev Məzahir Allahyar oğlu qeyri-rəsmi nikahda olduğu 1974-cü il təvəllüdlü Əhmədova Almaz Qəşəm qızını xüsusi amansızlıqla döyüb. Qadın zərbələrin təsirindən huşunu itirib. A.Əhmədovanın öldüyünü zənn edən M.Fərzəliyev Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq onu öldürdüyünü deyib. Hadisə yerinə gələn əməliyyatçılar qadının ölmədiyini görüb onu xəstəxanaya çatdırıblar. Qadın ağır vəziyyətdə xəstəxanaın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədən şəxs isə saxlanılıb.