VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyanın Omsk vilayətində fərdi kolleksiyaçı bir şüşə mineral suyu 10 min rubla (təxminən 156 dollar) satışa çıxarıb.

BAKU.WS Virtualaz.org-a istinaadən xəbər verir ki, "Omsk № 1” mineral suyunun bu cür bahalı olmasının səbəbi onun ötən əsrin 80-ci illərində doldurulmasıdır. Üstəlik Sovet Azərbaycanının 60 illik yubileyi münasibətilə. Bu səbəbdən şüşənin üzərində "Sovet Azərbaycanı-60 il” yazılıb.

Kolleksiyaçı bildirir ki, şüşə metal qapaqla örtülüb və suda çöküntü yoxdur. 

"Hazırda iki şüşə belə su var. Ola bilsin ki təkcə Rusiyada, heç dünyada bu sudan qalmayıb” - kolleksiyaçı bildirir.