SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda oynanılan Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.
 
"Report"un Salonikiyə ezam olunmuş əməkdaşının məlumatına görə, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.

Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.

İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil ola bilməzlər.

BAKU.WS