VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


Avropa Liqasının qrup mərhələsində IV turun oyunları Yunanıstanın PAOK klubu ilə qarşılaşan "Qarabağ” möhtəşəm qələbə qazanıb.

BAKU.WS xəbər verir ki, Bakıda keçirilən oyunda 2:0 hesabı ilə qələbə qazanan Ağdam klubu səfərdə də PAOK-u məğlub edib (1:0).

Bu qələbədən sonra Qurban Qurbanovun komandası qrupda ikinci yerə yüksəlib.

Bununla da "Qarabağ" Azərbaycan futbolu tarixində yeni rekordlara imza atıb. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində iki qələbə qazanan ilk komandamızdır.

Qrupun digər oyununda "Fiorentina” "Slovan”ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.3 noyabr

Avropa Liqası, IV tur
J qrupu

1. Fiorentina – 10
2. Qarabağ – 7
3. PAOK – 4
4. Solvan – 1
  
İlyas Quliyev
BAKU.WS