SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni-oğru” Rövşən Lənkəranskinin öldürülməsinin səbəbini açıqlayıb.

BAKU.WS  xəbər verir ki, Lənkəranskidən 2016-cı ilin yazında "göyərti kralı” Cambulat Şamil oğlununun güllələnməsinin qısası alınıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin "Rosbalt”a verdiyi məlumata görə, İstanbulda öldürülən Lənkəranskinin qətlinin Rusiyadakı kriminal aləmlə bağlılığı iddia edildikdən sonra Rusiya xəfiyyələri bunu araşdırmağa başladılar.

Nəticədə məlum olub ki, Cambulat Şamil oğlunu Lənkəranskinin qruplaşmasından olan iki killer güllələyib. Cambulat ilə hesabın bağlanmasına dair "sərəncamı” onunla münaqişəsi olan Rövşən Lənkəranski şəxsən verib. 

Cambulatın qohumları və tərəfdaşları da öz araşdırmalarında bu nəticəyə gəliblər və "qanlı intiqam” elan edib, ölüm hökmü çıxarıblar. 

Qeyd edək ki, bu il avqustun 18-də Rövşən Caniyev (Lənkəranski) İstanbul hotellərinin birində öz briqadasının üzvləri ilə görüşüb. O, binadan maşını ilə uzaqlaşarkən killerlər atəşə tutublar. "Qanuni oğru” və onun sürücüsü, sinif yoldaşı da ölüb.