VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
11 mindən çox iş yeri iş axtaranların yolunu gözləyir. Bu barədə "Xəzər Xəbər"ə Dövlət Məşğulluq Xidmətindən məlumat verilib. Ümumilikdə isə xidmətin informasiya bazasında 11 mindən çox vakant iş yerləri mövcuddur.

Onların arasında 1500 manata qədər maaşı olanlar var.

Dövlət Məşğulluq Xidmətinin informasiya bazasında həmin iş yerləri ilə tanış olmaq mümkündür. Ən çox maaş kompyuter texnologiyalarını idarə edən, mobil rabitə sahəsində bilikləri olan kadrlara təklif edilir.

Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənovun sözlərinə görə rayonlarda və kəndlərdə isə daha çox müəllim və həkimlərə, eyni zamanda kənd təsərrüfatı sahəsində kadrlara ehtiyac var.

Fəhlə kateqoriyasından olan işlər, xüsusən peşəkar fəhlələr də daha çox tələb olunanlar arasındadır.

Əgər sadalanan işləri axtarırsınızsa məşğulluq orqanlarına, yaxud Məşğulluq xidmətinin saytındaki vakansiyalar bölümünə müraciət edə bilərsiniz.
 
BAKU.WS