SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrin fenomeninə çevrilən Kənan Əhmədli adlı gəncin yalanı üzə çıxıb.
 
BAKU.WS xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı açıqlama yayıb. Belə ki, bir neçə gün öncə səfirliyin rəsmi "facebook" səhifəsində Kənan haqda məlumat paylaşılmış və bu haqda yazılmışdı: "İstedadlı və gənc azərbaycanlı proqramçı Kənan Əhmədli bu yaxınlarda ABŞ-a NASA-da təcrübə keçməyə yola düşəcək! Kənan proqramlaşdırma və meta-proqramlaşdırma sahəsində çalışır. O dostu ilə birgə Septini Akademiyasını təsis edib və orada proqramlaşdırılma, kiber təhlükəsizlik və robotlaşdırılma üzrə dərs deyir. 20 yaşında olmağına baxmayaraq, o artıq 23 əsərin müəlifidir və onun məhz elmi-fantastika üslubunda yazılan "Mələk Beyni” adlı əsəri onun NASA-ya yolunu açıb. O kitabında şüuraltı beyinin şüurüstü beyinlə müqayisədə daha güclü olduğunu yazır və bu fenomeni "Mələk Beyni” adlandırır. Buna dair əsərində elmi konsepsiya formlaşdıran Kənan NASA-da təcrübə zamanı bu konsepsiya üzərində çalışaraq süni intellekt və robotlaşdırma sahəsində biliklərini artırmağı planlaşdırır. Biz, Kənana uğur arzu edirik və əminik ki, bu möhtəşəm imkan ona parlaq karyera qurmağa kömək edəcək. Kənanın təcrübəsinin gedişatı barədə məlumatlı qalmaq üçün səhifəmizi izləyin".
 
Bu paylaşımdan sonra çoxsaylı izləyicilər etiraz edib.
 
Jurnalist Turxan Qarışqa yazıb: "Bu gənc deyir ki, NASA-da intern (təcrübə) keçəcək. NASA-nın rəsmi saytı isə deyir ki, onlarda Azərbaycan və digər ölkələr üçün təcrübə programı yoxdur (Təcrübə ölkələrinin siyahısı: https://intern.nasa.gov/non-us-opportunities/index.html)
 
Kənan deyir ki, təcrübə programını New York-da keçəcəkmiş. New Yorkda NASA-nın təkcə bir İnsitutu var - Goddard institute for space studies. Orda da ancaq iqlim dəyişiliyi və s. tədris olunur (http://www.giss.nasa.gov/edu/intern/)
 
Camaatı aldadır ki, Robotics üzrə təlim keçəcək. Robotics sahəsində təlim və tədrisləri New York-da yox, ancaq California-da keçirlər - insitutun adı "Jet propulsion lab" Belə xırda detallar çoxdur. Təbii, çox istərdim Azərbaycandan gənclər gedib oxusun, təhsil alsın. Amma camaatı dolmasınlar. Ehtimal ki, bu gənc NASA zad adıyla özünü promote- reklam edir və şirkətlərdən pul qopardır. NASA-ya məktub atmışam, yəqin yaxın günlərdə cavab da gələr :) NASA-ya turist kimi getmək mümkündür- Turistik səfər var. Apply edib hamı gedə bilər.
 
Bu şərhdən sonra ABŞ-ın Azərbaycandakı səfirliyi Kənanla bağlı yazıya redaktə edib və bu sözləri qeyd edib: 

"DOSTLAR, DÜNƏNDƏN ETİBARƏN PAYLAŞDIĞIMIZ HEKAYƏ İLƏ BAĞLI BİR ÇOX ŞİKAYƏT GƏLDİ VƏ KƏNAN ƏHMƏDLİNİN NASA-DA TƏCRÜBƏ KEÇMƏ MƏLUMATININ YALNIŞ OLDUĞU İDDİA OLUNDU. BİZ MƏSƏLƏNİ ARAŞDIRDIQ VƏ ÇOXSAYLI ŞİKAYƏTLƏRİ, HƏMÇİNİN MƏSƏLƏ İLƏ BAĞLI BİZİMLƏ PAYLAŞILAN MƏLUMATLARI NƏZƏRƏ ALARAQ, O QƏNAƏTƏ GƏLDİK Kİ, PAYLAŞDIĞIMIZ MƏLUMAT SƏHVDİR. BİZƏ MƏLUMAT KİV-DƏN DAXİL OLUB VƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ MƏSƏLƏ İLƏ BAĞLI YAYILAN MƏLUMATLARIN DOĞRU OLUB-OLMAMASINI YOXLAMAQ BİR QƏDƏR ZAMAN APARIB. MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRMƏK ÜÇÜN KÖMƏK EDƏN VƏ BUNUNLA BAĞLI BİZƏ MƏLUMAT VERƏN HƏR BİR ŞƏXSƏ AYRI-AYRILIQDA TƏŞƏKKÜR EDİRİK".