SİZİN REKLAM BURADA!
055 213 76 73



15 il sonra İranın paytaxtı yer üzündən silinə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə məşhur seysmoloq alim Bahram Akkaşe açıqlama verib. 1830-cu ildə Tehranda 7,1 bal gücündə zəlzələ oluğunu xatırladan alim, həmin ocağın aktivləşdiyini bildirib. "Apardığım araşdırmalardan bu qənaətə gəldim ki, bu cür yeraltı təkanlar 200 ildən bir təkrar olunur. Bu baxımdan 15 ildən sonra Tehranda dağıdıcı zəlzələ gözlənilir”, - Akkaşe əlavə edib.  

Bir müddət öncə İranın yaponiyalı alimlərlə razılaşma imzaladığını və şəhərin seysmoloji xəritəsini hazırlatdığını xatırladan alim, Tehranın bələdiyyə sədrinin də sos siqnalı verdiyini bildirdi. "Bələdiyyə sədri bu araşdırmalar əsnasında paytaxtda baş verəcək zəlzələnin milyonlarla insanın öülümünə səbəb olacağını, hətta Tehranın xəritədən silinəcəyini dedi”, - seysmoloq vurğulayıb.

ƏLİ
BAKU.WS