Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus evakuatorlar yol hərəkəti qaydalarını pozurlar. 

Oxucularımızın BAKU.WS-ə göndərdiyi videodan məlum olur ki, DYP-yə məxsus 10 AP 736 və 90 JN 004 dövlət nömrə nişanlı evakuatorlar hər gün nahar vaxtı Heydər Əliyev Sarayının arxasında Bülbül prospektində dayanma və durmanın qadağan olunduğu ərazidə dayanırlar.  

Ərazidə yaşayan sakinlərin dediyinə görə, həmin evakuatorlar məhz gün ərzində orada dayanan avtomobilləri cərimə meydançasına daşımaqla məşğul olurlar. Nahar fasiləsi zamanı isə DYP əməkdaşları evakuatorları orada saxlayaraq yeməyə gedirlər. 

ƏLİ 
BAKU.WS