VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Gülər Əhmədovanın 27 min dollarını "Bank Standard”dan geri almaqda ciddi problemi var”.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kredit büroları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
 

 

"Gülər xanım "Bank Standard”a 27 min dollar vəsaiti qoyub və indi də bunu geri götürmək istəyir. İndi dolların kursu dəyişib. Gülər xanıma deyirlər ki, sən o vaxt 27 min dolları kurs 0.78 olanda qoymusan. Biz sənə indi 1.60-la verək? Yəni Gülər Əhmədovaya 27 min dollar əvəzinə, 17-18 min dollar pul vermək istəyirlər. Bəs 9-10 mini kim verməlidir Gülər xanıma?. Bağlanmış banklar əmanətlərin geri götürülməsində insanları incidirlər. Çox ciddi problemlər var. Bu məsələ ilə bağlı insanlar, vətəndaşlar bizə çox şikayət edirlər. Biz bankların bağlanmasının tərəfdarı deyilik, biz bankların konsolidasiyasının, təmərküzləşməsinin tərədarıyıq. Amma hər dəfə banklar bağlananda insanlar ciddi əziyyət çəkirlər”, - deputat qeyd edib.

ƏLİ
BAKU.WS