SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Mən əvvəllər də Azərbaycan haqqında çoxlu yaxşı sözlər eşitmişdim. Mən bilirəm ki, Azərbaycanda çox sayda braziliyalı futbolçu oynayır. Azərbaycanda olduğumu üçün çox şadam".

BAKU.WS-in məlumatına görə, bunu məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Bakıda keçirilən mətbuat konfransında söyləyib. Futbolçu qedy edib ki, təxminən 1 ay əvvəl futbol akademiyasının Azərbaycanda açılması ilə bağlı "Qəbələ" klubu ilə danışıqlara başlayıb: 
 
"Bu akademiyanın fəaliyyətə başlamasında əsas məqsədimiz uşaqların futbola olan marağını artırmaqdır. Balacaların mənim adımı eşidib futbolla daha ciddi məşğul olacaqlarını arzu edirik. Uşaqlar gələcəkdə peşəkar futbolçu olarsa, bu mənim uğurum olacaq. Mən buna çox sevinərəm. O uşaqların gələcəkdə xarici ölkələrin klublarında çıxış etmək imkanları olsa mən onlara dəstək olacam".
 
Qeyd edək ki, video ATV-nin idman müxbiri Sənan Şəfizadəyə məxsusdur. 
 
Şahin Həbibov
BAKU.WS