SİZİN REKLAM BURADA!
055 213 76 73



Son iki gündə yağan yağış Bakıda ciddi problemlər yaratdı. Yolları, həyətyanı sahələri, evləri su basdı. Hətta vəziyyət o yerə çatdı ki, təhlükə ilə üzləşən insanların köməyinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yetişdilər. 

İmkanı olanlar isə FHN-in xilasedicilərini gözləməyib qayıqla su basmış qəsəbəni tərk etməyə başladılar. Xüsusilə Sabunçu və Biləcəri qəsəbəsində yollarda yaranan gölməçələr qayıqların üzməsi üçün əlverişli şərait yaratdı. Fürsəti fövtə verməyən sakinlər isə qayıq alıb yola çıxdılar.

BAKU.WS Biləcəridə qayıqla gəzən şəhər sakinlərinin videosunu təqdim edir: