SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda müşahidə edilən intensiv yağışla əlaqədar müəyyən avtomobil yollarında maksimal sürət məhdudiyyəti azaldılıb.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS verilən məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda da dəyişiklik edilib.

Hazırda "Koroğlu" metro stansiyasından başlayaraq Buzovna qəsəbəsinə qədər, həmçinin Heydər Əliyev Hava Limanından başlayaraq "Nargilə" kafesinədək (Zığ şosesi) yollarda hərəkət sürəti aşağı salınıb.

"Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Sürət həddinin azaldılmasına səbəb hava şəraitinin pisləşməsidir", - deyə NİİM-dən bildirilib.

Əlavə edilib ki, hava şəraiti normallaşacağı təqdirdə yollarda hərəkət sürəti əvvəlki həddə çatdırılacaq.
 
Azər Məmmədov 
BAKU.WS