VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

ABŞ dollarının avroya qarşı məzənnəsi ikinci sessiya dalbadal möhkəmlənir.
 
BAKU.WS "APA-Economics"-ə istinadən xəbər verir ki, buna səbəb Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilərin artmasıdır.
 
İlin sonunadək FED tərəfindən uçot dərəcəsinin artırılması ehtimalı iyun ayından etibarən ən yüksək səviyyəyə - 68%-ə çatıb.
 
"Pacific Investment Management Co."-nun (PIMCO) ekspertləri hesab edir ki, FED 2017-ci ilin sonunadək uçot dərəcəsini 2, hətta 3 dəfə artıra bilər. Bunun əsas səbəbi kimi ABŞ-da iqtisadi artım tempinin azalması və inflyasiya göstərilir.
 
İnflyasiya ilə bağlı gözləntiləri neftin qiymətinin artması gücləndirir. Ötən gün Brent markalı neftin 1 barrelinin dəyəri 53 dolları ötüb.
 
Hillari Klintonun prezidentliyə namizədlərin ikinci teledebatında qələbə qazanması da dollara müsbət təsir edir. Çünki investorlar H. Klintonun siyasətini daha proqnozlaşdırılan hesab edir.
 
Avronun dollara qarşı məzənnəsi bugünkü hərraclarda $1,1123 səviyyəsinə enib. Halbuki ötən gün keçirilən hərracların yekununda bu göstərici $1,1139 səviyyəsində idi.
 
Avro ilə yanaşı dollar Yaponiya yeninə qarşı da iki sessiya dalbadal möhkəmlənir. Belə ki, bugünkü hərracda dollar 104 yen səviyyəsinədək bahalaşmağı bacarıb. Halbuki, ötən gün 1 dollar 103,61 yenə bərabər idi.
 
BAKU.WS