VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Azərbaycanda ilk deputatlığa namizəd qeydə alınıb.
 
BAKU.WS-in "Qafqazinfo”-ya istinadla verdiyi məlumata görə, bu, Milli Məclisin 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini irəli sürən Adil Əliyevdir.
 
A. Əliyev sayta namizədliyinin qeydə alınmasını faktını təsdiqləyib. Bildirib ki, qısa zaman ərzində tələb olunan imzaları toplayaraq müvafiq Dairə Seçki Komissiyasına təqdim edib: "Bu gün DSK namizədliyimi qeydə aldı və mən deputatlığa namizəd vəsiqəsini aldım”.

Qeyd edək ki, bu günə qədər 743 nəfər namizədlik üçün müraciət edib. Onların 369 nəfəri siyasi partiyalar, 29 nəfəri siyasi partiya bloku, iki nəfət təşəbbüs qrupu, 343 nəfər isə fərdi qaydada müraciət edənlərdir. 558 nəfərin namizədliyi təsdiq edilib. 469 nəfər imza vərəqi alıb, 30 nəfər artıq imza vərəqlərini geri qaytarıb. 

Xatırladaq ki, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi sentaybrın 12-dən başlayıb. Proses oktyabrın 2-si saat 18:00-a kimi davam edəcək.
 
BAKU.WS