SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.
 
Lent.az-ın əldə etdiyi digər məlumata görə, intihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.