Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib.

Kütləvi dava zamanı iki nəfər bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

***
Bıçaqlanan şəxslərin kimliyi məlum olub. Şənlik zamanı gəlinin atası, Şəmkir şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Qasımov və gəlinin bibisinin yoldaşı 1957-ci il təvəllüdlü Etibar Məmmədhəsənov bıçaqlanb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.