Türkiyədə Türkan adlı ibtidai sinif müəlliməsinin başına xoşagəlməz hadisə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, toyuna 10 gün qalmış xərçəng xəstəsi olduğunu öyrənib.

Türkan toyunda geyinəcəyi gəlinliyi son dəfə yoxlamaq üçün geyinərkən sinə hissəsinin dar gəldiyini görüb. O, sinəsinin birinin digərinə nisbətən böyüdüyünü hiss edib. Əvvəlcə buna əhəmiyyət verməsə də, nişanlısı onu xəstəxanaya aparıb. Məlum olub ki, qadın xərçəng xəstəliyinə tutulub. 

Türkan nişanlısına ayrılıq təklif etsə də, sevgilisi onun əlindən tutaraq xəstəliklə birlikdə mübarizə aparacaqlarını deyib.
 
BAKU.WS