SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ümumdünya İqtisadi Forumu (World Economic Forum, WEF) qlobal rəqabətqabiliyyətlilik reytinqini açıqlayıb.

BAKU.WS APA-ya istinadən bildirir ki, Azərbaycan reytinqdə ötən illə müqayisədə 1 pillə irəliləyərək 37-ci yeri tutub.
 
Postsovet ölkələrindən Azərbaycan Rusiya (43), Qazaxıstan (53) və Ukraynanı (85) qabaqlaya bilib.
 
Reytinqə ötən il olduğu kimi, İsveçrə başçılıq edir. İkinci və üçüncü yerləri Sinqapur və ABŞ bölüşür.
 
Qeyd edək ki, reytinq infrastrukturun, əmək bazarının səmərəliliyi, təhsil və səhiyyə sektorlarının keyfiyyəti, makroiqtisadi sabitlik və s. meyarlar əsasında hazırlanır.

BAKU.WS