SİZİN REKLAM BURADA!
055 213 76 73



Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə daha bir elektrik qatarı əlavə olunur.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq, sentyabrın 17-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə daha bir qatar əlavə edilir. Əlavə olunan elektrik qatarı saat 07:50-də Baki sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07:55, 09:00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.

Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Ziya Səccad
BAKU.WS