SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan istiqamətindən İdarənin "Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

DGK-nın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində "İ Phone” yazısı olan16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 
 
Şahin Həbibov
BAKU.WS