VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Göyçay rayonunda intihara cəhd olub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib.
 
Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  
 
BAKU.WS