Qazaxıstan prezidentinin iqamətgahı "Akorda" Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammiti keçirilib. 

BAKU.WS-in 1news.az-a istinadla verdiyi məlumata görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Onunla yanaşı, Sammitə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Türkiyənin və Türkmənistanın nümayəndələri də qatılıb. Qırğızıstan prezidenti Almazbek Atambayev öz çıxışında Çolpon-Atada növbəti Sammitin keçirilməsi məsələsinə toxunub. 

Almazbek Atambayev prezident İlham Əliyevi və sammitin başqa iştirakçılarını avqustun sonunda İssik-Kulun sahilində istirahət etməyə dəvət edib ki, həmin vaxt bir az üzmək də mümkün olsun. Ancaq, görüşün iştirakçılarının fikrincə, Sammiti sentyabrda keçirmək daha məqsədəuyğundur.

"İlham Əliyev, inanın, Sammitin avqustda keçirilməsi daha yaxşı olardı. Mən axı istəyirəm ki, siz bizim ölkəmizə baş çəkəsiniz. Biz orada sizə köçərilərin idman yarışlarını təşkil edəcəyik. 25 avqustda olar? Orada həmçinin istirahət edəcəksiniz, bir az üzəcəksiniz", - deyə Atambayev əlavə edib. 

BAKU.WS