SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycana rəsmi səfərə gələn Çex Respublikasının prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Çex Respublikasının prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının prezidentinə raport verib.

Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Çex Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Miloş Zemana, Çex Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. 
 
ŞAHİN Həbibov
BAKU.WS