SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sentyabrın 1-dən 2-nə keçən gecə Qudyalçaya gələn sel nəticəsində yararsız vəziyyətə düşən Quba-İspik-Xınalıq avtomobil yolunda təmir işləri aparılır.

BAKU.WS regiontv-yə istinadən xəbər verir ki, əraziyə "Azəravtoyol” ASC-nin və Körpü-Bina-Tikinti MMC-nin texnikası, canlı qüvvəsi cəlb olunub.

Təbii fəlakətdən zərər görən yolun ilk növbədə təqribən 400 metrlik hissəsində yol yatağının bərpası işləri görülür. Ardından həmin ərazidə beton bəndlərin inşası nəzərdə tutulur.

Yolun yararsız vəziyyətə düşməsindən ən çox zərər çəkənlər Xınalıq, Haput, Əlik, Cek və digər dağ kəndlərinin sakinləridir. Onlar rayon mərkəzinə getmək üçün əvvəlki günlərdən daha çox vəsait xərclədiklərini bildirirlər.

Qeyd edək ki, bu ayın əvvəllərində Qudyalçayda suyun səviyyəsinin artması Quba-İspik Xınalıq avtomobil yolunun 29-cu və 36-cı kilometrliyində yerləşən körpüləri də qəzalı vəziyyətə salıb. Onlardan biri təmir olunaraq avtomobillərin istifadəsinə verilib, digəri isə qəzalı vəziyyətdə qalmaqdadır.
 
BAKU.WS