VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Gələn il respublikanın daha 12 şəhər və rayonun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. 
 
BAKU.WS-in məlumatına görə, dövlət başçısının "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabadda müəllimlərin bilik və bacarıqları dioqnostik qiymətləndirilməsi aparılacaq. 
 
Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılacaq. 

Müəllimlərin maaşlarına görə, tələb olunacaq artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsinin layihəsində də öz əksini tapıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS