SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Masallıda istirahət mərkəzi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Masallı şəhərində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 72 m2 olan lambirdən ibarət 3 otaqlı kotecin 2 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 50 m2 sahədə yanıb.

Kotecin qalan hissəsi, yaxınlıqdakı digər koteclər və meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS