SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verildiyi kimi sentyabrın 6-da Suriyanın şimalında gedən döyüşlərdə İŞİD terror qruplaşması Türkiyə ordusunun iki tankını vurub. Nəticədə 3 əsgər həlak olub, 4-ü yaralanıb.

Virtualaz.org xəbər verir ki, terrorçular tankların vurulmasını əks etdirən görüntüləri internetdə yayıblar. Belə məlum olur ki, tanklara eyni mövqedən bir-birinin ardınca "Kornet” tank əleyhinə idarəolunan raketlə atəş açılıb. Hər iki raket hədəfə dəyib. Bu, Rusiya istehsalı olan raketlərdir və Yaxın Şərq ölkələrinə, o cümlədən İraq və Suriyaya ixrac edilib.

Kadrlara əsasən Ər-Rai qəsəbəsi yaxınlığında mövqe tutan tanklardan ikisi vurulandan sonra digərləri mövqelərini dəyişib. Hədəf alınan tanklar Türkiyə ordusunun sərəncamında olan, Amerika istehsalı M60 Patton tanklarıdır. Bu tanklar 2000-ci illərin əvvəllərində İsraildə modernləşdirilib. Onlara Almaniya istehsalı olan yeni mühərrik və transmissiya qoyulub, 120 mm-lik topla təchiz edilib, dinamik müdafiə sistemi və teplovizor qoyulub.
 
BAKU.WS