2016-cı ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faizi həcmində olmaqla, nominal ifadədə 14 mlrd. 566 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulunun 28,2% faizini təşkil etməklə 16 mlrd. 264 mln manat həcmində proqnozlaşdırılır.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub. 

Dünya bazarında neftin qiymətinin kəskin enməsi, müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmalarının azalması ilə nəticələnib.
 
Qeyd edilən amillər nəzərə alınmaqla, 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat proqnozlaşdılır ki, bu da əvvəlki illə müqayisədə 4 mlrd. 872 mln. manat və yaxud 25,1% azdır.  
 
ŞAHİN Həbibov
BAKU.WS