SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov Bakı Metropolteninin keçmiş rəisi Tağı Əhmədovun qardaşı oğlu Əli Əhmədovla üzləşdirilib.

Bu barədə "Report"a A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkilin sözlərinə görə, üzləşmə zamanı ziddiyyət yaranıb: "Əli Əhmədovun istintaqda verdiyi ifadəsi ilə üzləşmə zamanı dediyi sözlər arasında ziddiyyət oldu. Əli Əhmədov ittihamda göstərilən 2 milyon 917 min 300 manat pulu Akif Çovdarova harada verməsi barədə soruşularkən ərazini dəqiq deyə bilmədi. Burada onun yalan danışdığı açıq şəkildə bəlli olur".

Vəkil qeyd edib ki, onlar istintaq zamanı T.Əhmədovun özünün də A.Çovdarovla üzləşdirilməsini istəyib. Lakin müvafiq vəsatət təmin olunmayıb.

Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb.
 
BAKU.WS