SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın "Cənub" hava limanına aparılıb. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
 
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
 
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.