Beyninə qan sızan Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. 

BAKU.WS-in məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, Özbəkistan hökuməti bu gün son olaraq prezidentin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama vermişdi. Məlumatda bildirilirdi ki, xəstəxanada həkim nəzarətində saxlanılan Kərimovun sağlamlıq vəziyyəti ürəkaçan deyil: "Dərin bir kədər ilə ifadə etmək istəyərik ki, Kərimovun sağlamlıq vəziyyəti pisləşdi. Həkimlərin fikrinə görə, prezidentin sağlamlıq vəziyyəti kritik olaraq qiymətləndirilir".
 
İslam Kərimov Özbəkistanın tarixi Səmərqənd şəhərində 30 yanvar 1938-ci ildə doğulub və 1989-ci ildən bu yana ölkəni idarə edirdi. 
 
Şahin Həbibov
BAKU.WS