SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Azərbaycanda dəhşətli yol qəzası baş verib. 
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə Novxanı yolunda qeydə alınıb. 
 
Qəzaya səbəb "Kia Optima" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub. Qadın sürücünün idarə etdiyi "Kia" qarşı yoldan gələn "Toyota Camry" ilə toqquşub. Qəza zamanı "Kia"da olan iki qadın və "Toyota Camry"dəki sürücü yaralanıb. 
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, qadınlardan biri qəzadan sonra dünyasını dəyişib, digər xanım sərinişinin isə ayağı dizdən sınıb. "Toyota Camry"nin sürücüsü isə yüngül bədən xəsarətləri alıb. 
 
 
Şahin Həbibov
BAKU.WS