SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Şəmkir Rayon Polis Şöbəsindən "Report”un Qərb bürosuna verilən məlumata görə, Sarıtəpə kəndində rayon sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmyerlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Gunel Mirzəyeva polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, G.Mirzəyevanın cinayət törətməsinə səbəb uzaq qohumu olan M.Allahverənovanın, onun həyat yoldaşının telefonuna mesaj yazması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS