SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Olimpiadada qızıl medal qazanmağım, Rio-de-Janeyroda Azərbaycanın dövlət himninin səsləndirilməsi qürurvericidir. Bunlar izaholunmaz hisslərdir".

BAKU.WS xəbər verir ki, bu sözləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova ilə söhbəti zamanı bildirib.

Radik İsayevin sözlərinə görə, hər döyüşə çıxanda bacardığımın ən yaxşısını etmək üçün çalışıb: "Rəqiblərimin hamısını tanıyırdım. Olimpiadadan medalsız qayıtmamağı düşünürdüm. Məqsədim mükafatçılar sırasında düşmək idi. Amma finala çıxdım, qızıl medal qazandım. Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı da yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə azarkeşlərimə və anama həsr edirəm. O, mənim medallarımı yığır".
 
Şahin Həbibov
BAKU.WS