VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Gəncədə də ağır yol qəzası olub. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

BAKU.WS Region TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər sakini 30 yaşlı Aqil Xəlilov "Volkswagen” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

O, avtomobili əvvəlcə yol kənarında dayanan "VAZ 2107”-ə, daha sonra isə ağaca çırpıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan 2-si – "Volkswage”nin sürücüsü Aqil Xəlilov və sərnişini Xəyal Hüseynovdur.

Digər yaralı isə "VAZ 2107”-nin sərnişini 26 yaşlı Minarə Əliyevadır. Hər üç yaralı hadisə yerinə çağrılan təcili tibbi yardım maşını ilə Gəncə şəhər TTYX-ya aparılıb.

Xəsarət alan şəxslərin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.