SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Federasiyasında keçirilən "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tank heyətləri uğurlu nəticə əldə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 17 ölkədən 54 tank heyətinin yarışdığı beynəlxalq hərbi turnirdə tankçılarımız ümumi nəticədə yeddinci yerə, ən yaxşı heyət siyahısında reytinqə görə sıralamada isə beşinci yerə layiq görülüblər.
"Tank biatlonu" müsabiqəsində ilk dəfə iştirak edən Azərbaycan tankçıları müxtəlif tapşırıqları yüksək səviyyədə icra edərək hədəfləri ustalıqla məhv edib, maneələri bacarıqla keçərək yüksək idarəçilik qabiliyyəti nümayiş etdiriblər.

Qeyd edək ki, müsabiqəyə öz tankları ilə qatılan komandalardan fərqli olaraq, hərbçilərimiz püşkatma yolu ilə onlara düşən tanklarda çıxış etmələrinə baxmayaraq ayrı-ayrı mərhələlərdə qaliblər sırasında olublar.

Ümumi nəticədə Ermənistan komandasını geridə qoyan tankçılarımızın peşəkarlığı, bacarığı yarışların münsiflər heyəti, hakimlər, eləcə də mütəxəssislər və müxtəlif ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
 
Qeyd edək ki, iyulun 30-dan başlayan müsabiqə Rusiya, Belarusiya, Qazaxıstan və Çin tank heyətlərinin iştirakı ilə avqustun 13-də keçiriləcək final mərhələsi ilə sona çatacaqdır.
 
Azad Əliyev