SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının dördüncü günündə boks üzrə Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulacaq.

BAKU.WS xəbər verir ki, ilk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək.
 
Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək.