SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, ağırlıqqaldırma yarışlarında çıxış edən ukraynalı Yuliya Paratova huşunu itirib.
 
Bunu yığmanın məşqçisi Yuri Kuçinov açıqlayıb. 48 kq çəki dərəcəsində çıxış edən yetirməsinin imkanlarından aşağı çıxış edib, 8-ci yeri tutmasına münasibət bildirən mütəxəssis uğursuzluğu idmançının sağlamlığı ilə əlaqələndirib: "Birdən qaldırma hərəkətlərindən öncə Yuliya özünü pis hiss etdi və tualetə yollandı. Orada huşunu itirib, yerə yıxılıb. Bu üzdən öncədən 100 kq sifariş etsək də, idmançının durumunu nəzərə alıb, çəki 5 kq yüngülləşdirdik. Onun durumunu nəzərə alıb, körpücüyə çıxacağına da inanmırdım. Paratovanın bu vəziyyətə düşməsi isə Olimpiada öncəsi çəkisini 53 kq-dan 48 kq-a salması idi”.
 
Qeyd edək ki, Paratova London Olimpiadasından sonra Azərbaycan yığmasından təklif alsa da, bundan imtina etmişdi. O, pulun hər şeyi həll etmədiyini söykəmişdi.
 
BAKU.WS