SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. "KİA" markalı minik avtomobili "VAZ" markalı maşınla toqquşub. Nəticədə, "KİA" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Əkbərov Əli Əsəd oğlu, həyat yoldaşı 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

BAKU.WS qafqazinfo-ya istinadən bildirir ki, Əli Əkbərov kardioloq olub. O, Bakının məşhur klinikasında işləyirmiş.

Elə maşında da həyat yoldaşı Leyla, 2 aylıq övladları Yunus Əkbərov və qayınatası Yunus Əsgərxan oğlu Salahovla bərabər olub. 

 
Qəza nəticəsində Əli Əkbərov xanımı Leyla ilə dünyasını dəyişsə də, 2 aylıq Yunusun sağ qaldığı deyilir.
 
BAKU.WS